*9292

Zənglər şəhər telefonlarından pulsuzdur

Şirkət haqqında

“İntegral” bu gün - Azərbaycanın bütün telekommunikasiya bazarında güclü çoxsaxəlidiler şəbəkəsidir. Bu günə şirkətimiz mobil qurğuların və rabitə xidmətlərinin topdan və pərakəndə satış inkişafına sistemli yanaşma nəticəsində geniş şöhrət əldə etmişdir. Fəaliyyətimiz Bakı, Gəncə, Sumqayıt şəhərlərini və respublikanın təxminən 50 regionunu əhatə edir.

Samsung Electronics-in rəsmi distributoru olaraq, biz bu dünya şöhrətli istehsalçının orijinal və sertifikatlaşdırılmış mobil qurğuların satışı ilə yanaşı, ölkənin daima təcrübələrini təkmilləşdirən ən yaxşı mühəndislərinin çalışdığı beynəlxalq səviyyəli servis mərkəzlərində onların keyfiyyətli xidmətini təmin edirik.

Başlıca olaraq şirkətimizin göstərdiyi səy nəticəsində, Samsung şirkətinin məhsulu Azərbaycanın telekommunikasiya bazarında tutarlı mövqe qazanıb, bir müddət bundan əvvəl aztanınan məhsuldan ən nüfuzlu brendlərdən birinə çevrilib. Biz Samsung məhsulunda yüksək texnologiya, istifadə rahatlığı və qiymət münasibliyi vəhdətinə əsas önəm vermiş və nəticədə, onun keyfiyyəti nəinki istehlakçı, həm də mütəxəssislər tərəfindən tanınır.

Şirkət həmçinin ölkənin ən məşhur və ən güclü mobil operatoru olan Azercell-in səlahiyyətli distributoru kimi fəaliyyət göstərir. Bu istiqamətdə bizim əsas məqsədimiz operatorun təklif etdiyi məhsulun durmadan inkişaf edən bazar şəraitində daima genişlənən xidmətlər paketi hesabına böyük sayda abunəçilərin cəlb olunmasıdır.

Biz həmçinin DECT standartlı simsiz telefon aparatlarının istehsalı üzrə dünya lideri olan Siemens Gigaset şirkətinin özündə yüksək keyfiyyəti, nəfis üslubu və texniki mükəmməlliyi birləşdirən məhsullarını satırıq. Siemens şirkətinin əsas nailiyyətlərindən biri SMS və MMS qəbul etmək və göndərmək qabiliyyətinə malik ən kiçikhəcmli radiotelefon və ilk ev telefonu olan dünyada birinci rəqəmsal avtomatik cavab verməyə qadir telefonun istehsalıdır.

Biz telekommunikasiya bazarında çoxlu sayda sistematik marketinq tədqiqatları aparmaqla son istehlakçı ilə daima əks əlaqə yaradırıq, bunun da sayəsində dizayn təkmilləşir və buraxılan məhsulların erqonomikası yaxşılaşır və təqdim edilən rabitə xidmətlərinin keyfiyyəti durmadan yaxşılaşır.

Bizim heyətdə təkcə Azərbaycan hüdudları daxilində deyil, həmçinin onun hüdudlarından kənar şirkətin inkişafı və nüfuzunun artırılması üçün səylərini əsirgəməyən 250-dən artıq yüksək ixtisaslı əməkdaş çalışır.

Şirkətimizin inkişaf və uğurunun rəhni – telekommunikasiya bazarını bundan sonra da daima inkişaf etdirməkdən, son nəticədə müştəri və tərəfdaşlarımızın getdikcə daha keyfiyyətli rabitə xidmətinin təmin edilməsi sahəsində daima artan tələbatlarını ödəməkdən və münasib qiymətə telekommunikasiyanın əlavə imkanlarını təmin etmək kimi dəyişməz kursa sədaqətli qalmaqdan ibarətdir.