*9292

Zənglər şəhər telefonlarından pulsuzdur

Vakansiyalar

 

İnteqral şirkəti – Azərbaycanın mobil rabitə bazarında ən arzuolunan şirkətdir.

«…İnsan – ən qiymətli aktivdir. 
Güclü komandanın yaradılması – istənilən şirkətin uğur açarıdır».

 

Bizim kadr siyasətimiz ixtisaslaşdırılmış mütəxəssislərin cəlb edilməsinə, kadr axınının azalmasına və korporativ ruhun bərkitməsinə yönəldilib. Kadrlar şöbəsinin əsas vəzifələri kadr siyasətinin yaradılması üzrə işin təşkil edilməsi və bu siyasətə uyğun kadrların, rəhbərlərin və mütəxəssislərin seçimi və təlimindən sonra istifadəsi, sabit kollektivin, kadr resursların formalaşdırılmasında iştirakı, həmçinin kadr qeydiyyatının təşkilindən ibarətdir. Bu vəzifələrin yerinə yetirilməsi üçün Kadrlar şöbəsinin əməkdaşları şirkətin kadrlarla komplektləşdirilməsi üzrə cari və perspektiv planları tərtib edir, əməkdaşların işgüzar və şəxsi xüsusiyyətlərini öyrənir. Bu, perspektiv əməkdaşların işgüzar karyerasını nəzərə alınması üçün olunur. Kadrlar şöbəsi işçilərin attestasiyasını, müsahibələrin keçirilməsini və müvafiq quruluşların rəhbərləri ilə birgə vakant vəzifələrə yeni əməkdaşların seçimini təşkil edir, təşkilatın şöbələrində əmək intizamının vəziyyəti ilə bağlı nəzarət aparırlar.

Bununla yanaşı, ünsiyyət və təlimin yüngünləşdirilməsi məqsədi ilə korporasiya daxili Təlim Mərkəzi yaradılıb. Özünün Təlim Mərkəzinin yaradılması – bu, əməkdaşların təkcə bilavasitə təlimi, ixtisaslarının artırılması, biliklərinin təkmilləşdirilməsi və qiymətləndirməsi deyil, həmçinin əməkdaşlara iş üçün lazımı məlumatrın ötürülməsi, yeni qayda və standartların tətbiqi, əməkdaşların komandada işləmək bacarığını artırır. Bundan başqa, korporativ daxili treninqlərin keçirilməsi şirkətin rəqabət üstünlüyünü yaratmasının vacib üsullarından biridir. Bu treninqlər vasitəsilə təşkilatın bazarda müsbət imici təmin olunur, bu da hər bir əməkdaşa öz işini daha yüksək keyfiyyətlə və tez görməyə imkan verir. 

Hazırda şirkətimizdə personalın təlim sistemi aktivləşir. Dekabr ayından başlayaraq, şirkətin Təlim Mərkəzində korporativ daxili treninqlər keçirilir, bu da konkret istehsal problemlərinin üzə çıxarılmasına, təhlil etməsinə, səbəblərini tapıb, həll etməsinə, idarəedici həll yollarını hazırlayıb qəbul etməilə iş təcrübəsini inkişaf etməyə, şöbə və komandalar arası əlaqələrdə birlik və razılıq təmin etməyə, əməkdaşlar arasında həmrəylik və birlik yaratmağa, qeyri-standart vəziyyətlərdə oriyentir tapmağa, menecerlər üçün həyatda öz qarşısına məqsəd qoymaq və o məqsədlərə çatmaq, öz vaxtından səmərəli şəkildə istifadə etmək, yalnız iş vəzifələrini yox, həm də şəxsi vəzifələrini yerinə yetirmək, çətin mübahisəli vəziyyətlərdən çıxmaq bacarığı, özünü, iş yoldaşlarını və yaxınlarını stressdən çıxarmaq bacarığı kimi çox vacib xüsusiyyətləri inkişaf etdirməyə və s. imkan yaradır.

Korporativ treninqin faydalı əlavə effektləri, mövzudan asılı olmayaraq, əməkdaşların öz şirkətinə qarşı loyallığının artırılması, işə əsasların və marağın artırılması, iştirakçıların öz güvvələrinə etimadının artırılması, şirkətin şöbələrinin arasında daxili əlaqənin yaxşılaşdırılması, kamilliyə can atma və şirkətdə dəyişikliklərə açıq olmaqdır.

İnteqral şirkətinin uğurunun əsası – əməkdaşların yüksək peşəkarlığıdır ki, bu da şirkətə daim yeni-yeni zirvələri fəth etməyə kömək edir.

Səhmdar cəmiyyətin rəhbərliyi dəqiq dərk edir ki, şirkətin əsas kapitalı onun əməkdaşlarıdır. 
Bizim dəyərlərimiz – kreativlik, heysiyyət, strateji fokus, sürət, sadəlik, müstəqillik, alıcıya oriyentasiya, böhrana hazırlılıq və daimi təkmilləşmədir.
İnteqral şirkəti daim peşəkarlar komandasına qoşulmaq, bu komandanın uğurlarını bölüşdürmək və artırmaq arzusunda olan, canlı həyat mövqeli istedadlı insanların axtarışındadır.


VAKANSIYALAR -   Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Qeyd: Şöbə və quruluş rəhbərləri kadrlar şöbəsinə korporasiya daxili təlim imkanı almaq üçün ərizə ilə müraciət edə bilər. Təlimlər aşağıdakı mövzularla aparılacaq:

Təlim Mərkəzində keçirilən treninqlərin mövzuları.

1. Korporativ mədəniyyət 
2. Şirkətdə personalın xidmət qurumu: funksiya, səlahiyyət, vəzifə borcları, prosedurlar 
3. Merçendayzinq 
4. Aktiv satış texnikləri 
5. Xidmət personalının davranış qaydaları 
6. Satış və xidmət üzrə qaydalar. “Ağır” xasiyyətli alıcılarla uğurlu işin sirrləri 
7. Dükanın baş satıcısı vəzifəsinin stajorları üçün təlim proqramı
8. Telefon etiketi 
9. İşgüzar etiket 
10. Mobil etiket 
11. Kargüzarlıq
12. Menecment əsasları 
13. Taym-menecment
14. Komandanın formalaşdırılması 
15. Rəhbərlərin psixoloji tipləri
16. İşgüzar danışıqların aparılması 
17. Peşəkar satışlar 
18. Mübahisələrlə idarəetmə 
19. Etirazlarla iş 
20. İlk tibbi yardımın göstərilməsi 
və s. və i.