*9292

Zənglər şəhər telefonlarından pulsuzdur

Tariximiz

BİZ NECƏ BAŞLAMIŞIQ.

Çox uzaq olmayan 1997-ci ildə şirkətimizin işçi heyəti cəmi 3 nəfərdən ibarət idi- iki həmtəsisçi və bir satıcı. Onlar mobil telefonların satışına digərlərindən heç də fərqlənməyən minlərlə rabitə salonlarından birində başlamışdılar.
Bu hətta ayrıca mağaza deyil, böyük mağazaların birində bir masa idi. Biznes fəaliyyətinin başladığı məbləğ bu gün gülməli gəlir - 4.827 dollar.

Beləliklə, günlərin bir günündə Azərbaycanın ən böyük mobil operatorunun, Azercell-in yaradılmasının ildönümünə gələrək və operatorun həmin dövrdəki distributorlarının - “biznes əjdahalarının”- öz aralarında necə ünsiyyət qurduğunun şahidi olaraq, biz qərar verdik: Azercell-in tərəfdaşları arasında niyə də layiqli yer tutmayaq?

Dedik və etdik də!

Biz ən yaxşı olmağa çalışdıq və artıq 1998-ci ildə Azercell şirkətinin rəsmi distributoruna çevrildik. Əslində biz telekommunikasiya bazarına telefon nömrələrini pərakəndə və topdan alış-satışına imkan əldə etməklə yol açmışıq. Kiçik bir masa mağazaya, mağaza isə , öz növbədə, böyük mağazaya çevrildi. Biz gələcək uğurumuzun rəhni olan gəlir əldə etməyə başladıq. Məsləkdaşlardan ibarət məqsədyönlü və həmrəy komanda yarandı.

Biz riskli, ancaq strateji baxımdan mühüm addım atdıq: Samsung şirkətinin distributorluğunu əldə etdik. O zaman, həmin brend satılmayan, nəzərəçarpmaz imicə malik idi. Lakin bizim Samsung şirkətilə birgə səylərimiz sayəsində bu fikirləri dəyişməyə nail olduq və bu gün onun məhsullarına Azərbaycanın telekommunikasiya bazarında yüksək tələbat var.


DAHA NƏLƏR BAŞ VERMİŞDİR.

2000-ci ildə Samsung şirkətinin telefonlarının şou-rumu açıldı. Müəyyən gəlir əldə etməyə başladıq, pulu haraya sərmayə qoymaq sualı meydana çıxdı. Eyni zamanda lotereya-biletlərinin satışı ilə məşğul olmağa çalışdıq. Həmişə olduğu kimi, biznesdə risk var, deməli eniş-yoxuş da var. Bu layihəmiz uğursuz oldu. Bunun nəticəsində biz şirkətimizin talismanına çevrilmiş VAZ 2107 avtomobili qazandıq, məhz bu andan dönüş dövrü - biznesimiz sürətli inkişaf dövrü başladı və bu günədək həmin avtomobil uğurumuzun rəmzi kimi heç bir məbləğə satılmır!

2004-cü ildə şou-rumun bazasında Azercell Express şəbəkəsi abunəçilərinin xidmət Mərkəzi yaradılmışdır. Həmin il bizim namizədliyimiz 2004-cü ilin ən yaxşı distributorları nominasiyası üzrə UĞUR mükafatına irəli sürülmüşdür. Artıq 2005-ci ildə daha bir brendin rəsmi distributoruna çevrildik - TCL&Alcatel Mobile Phones. Və nəhayət, Tbilisidə keçirilən Samsung Mobile regional konfransında şirkətimiz strateji baxımından korporasiyanın Cənubi Qafqazdakı mühüm tərəfdaşı adına layiq görülmüşdür.

Bir qədər əvvəl, 2001-ci ildə biz, qüsurların diaqnostikası və aradan qaldırılması üçün yüksək texnologiyalı avadanlıqlar, çoxsaylı alətlər ilə təchiz edilmiş mobil telefonların təmiri və xidməti üzrə unikal GSM Service servis mərkəzi yaratdıq. Mobil telefonlar üçün nəzərdə tutulmuş aksessuarlar və ehtiyat hissələri birbaşa Cənubi Koreyanın əsas istehsal zavodundan çatdırılır. Bununla da bizim xidmət mərkəzimiz hər yerdə mövcud olan təmir emalatxanalarından fərqlənirdi. Onun işçiləri – istehsalçı firmaların treninqlərində təcrübələrini artıran sertifikatlaşdırılmış mühəndislərdən ibarət idi. Samsung şirkətinin mütəxəssisləri ilə birgə onlar Azərbaycan dilində telefon seçənəklərini və servis mərkəzinin işini tamamilə avtomatlaşdıran və ehtiyat hissələrinin avtomatik şəkildə uçota alınması, detalların təchizatçılara sifariş verilməsi və təmirin məbləğinin hesablanması daxil olmaqla aparatın qəbul edilməsi anından onun verilməsi anınadək təmir prosesinə nəzarət etməyə imkan verən proqram təminatını işləyib hazırlamışlar. Bunun nəticəsində Xidmət mərkəzimiz Cənubi Qafqazda Samsung şirkətinin ən yüksək avtorizasiyasını əldə edib.

2006-cı ildə isə, GSM Service.Az “2006-cı ilin keyfiyyət nişanı, hi-tech xidməti ” nominasiyası üzrə UĞUR mükafatına layiq görülmüşdür.

Bizim dinamik inkişafımızın davamçısı topdan satış şöbəsinin açılışı olmuşdur və bütün iri şəhərləri və 17 regionu əhatə edən geniş diler şəbəkəsi öz fəaliyyətinə başlamışdır. 22 iyul 2006-cı il tarixdə biz “Telefon” adı altında ilk pərakəndə satış mağazasını açdıq. Bu mağaza alıcıları şəhərdə ən böyük çeşidləri və sərfəli qiymətləri ilə heyran etdi. İlk mağazanın aylıq dövriyyəsi nisbətən kiçik idi. Lakin bir il keçməmiş “Telefon” şəbəkəsinin dövriyyəsi 30 dəfə artdı. Artıq 2006-cı ilin sonuna “Telefon” mağazalar şəbəkəsi Sony Ericson şirkətinin Qızıl dileri adına layiq görülmüşdür... Bu nəticələr şəbəkəni satış liderləri üçlüyünə çatdırdı. Hazırda o, demək olar ki, Bakı və Sumqayıt şəhərlərini əhatə edən 25 mağazadan ibarət çoxşaxəli pərakəndə satış şəbəkəsidir.


BİZİM BU GÜNÜMÜZ.

Hazırda bizim “İntegral” şirkətimiz Azərbaycanın bütün mobil rabitə istifadəçilərinə etibarlı tərəfdaş kimi tanışdır, belə ki biz GSM standartlı yüksək keyfiyyətli telefonların satışını həyata keçirir və yüksək səviyyəli xidməti təmin edirik. Biz xeyli inkişaf etmişik və özümüz pərakəndə satış dilerlərinin yüzlərlə mağazasının fəaliyyətini tənzimləyən və pərakəndə şəbəkə və servis-mərkəzlərinin onlarla mağazalarını idarə edən böyük bir korporasiyaya çevrilmişik.

Daha çox yeni satış və xidmət məntəqələri açılır. Biz müxtəlif reklam təşviqatları keçirir, dilerlərimizə geniş dəstək göstəririk.

Bizim SMS Service.az kontent-provayderimiz Azercell operatorun istifadəçilərinə tam kompleks xidməti təklif edir, və buraya standart və əlavə mobil xidmətləri daxildir. Kontent istifadəçiləri ilə daima birbaşa əlaqə yaradırıq, bu da istehlakçının gözlərində məhsul tələbatını və şirkətin səlahiyyətini artırır.

Bu gün biz Azərbaycanın telekommunikasiya bazarında qeyd-şərtsiz və tayı-bərabəri olmayan lider, bütün post-sovet məkanında bu qisimdən olan ən iri şirkətlərdən biri hesab olunuruq. . Uğurumuz xüsusi olaraq sırf xarici təsiri nümayiş etdirən, son istehlakçıların günü-gündən artan tələblərini tam şəkildə ödəmək kimi əsas məqsədin olmadığı yerdə kəmiyyətin keyfiyyətə üstün gəldiyi çoxlu sayda rəqiblər fonunda daha aydın görünür.

Mağazalarımızın bənzərsiz dizaynına, müstəsna olaraq sertifikatlaşdırılmış mobil telefonların və aksessuarların böyük çeşidinə görə, biz bütün Azərbaycanda layiqli nüfuza malikik. Şirkətimiz hər müştəriyə böyük hörmətlə yanaşır, çünki məhz o, bizim həyata keçirdiyimiz məhsulların son istifadəçisi və təqdim etdiyimiz xidmətlərin istehlakçısıdır.

Şirkətimizin işçi heyəti daima genişlənir və onların təcrübəsi müxtəlif təlimlər sayəsində durmadan artır. Əməkdaşlarımız komandanın əhval-ruhiyyəsi, məsuliyyəti və intizam prinsipləri haqda dərin məlumata malikdirlər, bunun nəticəsi özünü təkcə əməyin yüksək məhsuldarlığında deyil, həm də biznesdən kənar olan şirkətlər arasında keçirilən “Bahar” minifutbol kuboku uğrunda keçirilən turnirində bürünc medalın qazanmasında büruzə verir....

İdman tədbirlərində, futbol turnirlərində, şirkət daxilində keçirilən bədii özfəaliyyətlərdə daimi iştirak sözsüz ki, bizim iş saatlarımızın necə bir sağlam mühitdə keçirilməsindən xəbər verir.