*9292

Zənglər şəhər telefonlarından pulsuzdur

Bizim marketinq

Məlum olduğu kimi, biznesdə marketinq insan bədənində ağ ciyərin funksiyasını yerinə yetirir. Marketinq olmadan hətta ən yüksək keyfiyyətli məhsulun bazarda hərəkəti mümkün deyildir. Məhz buna görə də şirkətimizdə ilk növbədə məhsulun bütün xüsusiyyətlərinə, onun üstünlüklərinə və çatışmazlığının öyrənilməsinə diqqət yetirilir ki, mütəxəssislərimizin işi nəticəsində son istifadəçi bizim reklamlaşdırdığımız məhsulun digər oxşar məhsullarla müqayisədə aşkar üstünlüklərini görə bilsin və çatışmazlıqlar isə üstünlüklərin davamı hesab olunsun.

Biz biznes-strategiyaları inkişaf etdirir, onların yerinə yetirməsini izləyir, bölmələrin işini əlaqələndirir, məlumat və reklam dəstəyi ilə məşğul oluruq. Marketinq üzrə menecerlərimiz yeni məhsul xüsusiyyətlərinin öyrənilməsi, satışın və onunla bağlı reklam aksiyasının təşkil edilməsi, reklam üzrə xərclərin hesablanması kimi ən vacib məsələlərdən tutmuş, yazı və müvafiq rəng üçün axtarış şriftinin axtarılması kimi az əhəmiyyətli məsələlərin həllinə qədər çoxlu sayda mürəkkəb məsələləri həll edirlər.

Biz son istifadəçilərlə daimi ikitərəfli əlaqəni həyata keçirir, eyni zamanda telekommunikasiya bazarında çoxsaylı sistematik marketinq tədqiqatları aparırıq, bunun da sayəsində, son nəticədə dizayn təkmilləşir və bazara çıxarılan istehsalatın erqonomikası yaxşılaşır, nümayiş olunan xidmətin keyfiyyəti və istifadəçilərin bizim inkişaf etdiyimiz Samsung Electronics, Siemens Mobile, Azercell Telecom ticarət brendlərinə olan inamı artır.