*9292

Zənglər şəhər telefonlarından pulsuzdur

Strategiyamız

Biz həmvətənlərimizə onları zaman və məkan baxımından birləşdirən və azad olmalarına imkan yaradan mobil rabitənin hədsiz imkanlar aləminə daxil olmağa səmimi qəlbdən kömək etməyə çalışırıq. Biz operativ və çevik hərəkət edirik, sabahkı günümüzün ehtiyaclarının qarşılamaq üçün təqdim olunan yüksək keyfiyyətli xidmətləri təmin edirik. Biz daima biznes-tərəfdaşlarımızın sayını artırmaqla məşğul oluruq, regionlarda diler şəbəkəsini genişləndiririk. İlk vaxtlardan strategiyamız təqdim olunan xidmətlərin səmərəliliyi, etibarlığı və keyfiyyətin əsasında qurulub. Mobil şəbəkənin digər istehsalçılarının avtorizasiyanı əldə etmək fikrindəyik.

Azərbaycanda möhkəm mövqeyə malik olmaqdan başqa, biz beynəlxalq bazara doğru inamlı addımlar atır və bu cür birinci bazarımız Gürcüstan olmuşdur. Orada biz topdansatış mağazalar şəbəkəsi və servis xidmətləri ilə təmsil olunmuşuq.

Bu gün biz 15 il bundan əvvəl olduğu kimi cəsarətlə söyləyə bilərik ki, biz hələ qətiyyətli fəaliyyətlərə hazırlaşırıq. Bunları eyni həyəcan və inkişaf etmək arzusu ilə söyləyirik. Fərq yalnız ondadır ki, bu günə qədər biz çoxsaylı rəqiblərimizin bir sıra hücumlarını dəf edərək yaşamışıq. Mürəkkəb məsələlərə sistemli yanaşmamız, komandamızın birliyi və şirkətimizin çiçəklənməsi ideyagsına sadiq qalmamız sayəsində, biz bu “Rəqabətdənkənar” adını nəinki doğrultduq, həm də bu adın daima özümüzə şamil edilməsinə nail olmuşuq. Bu cür yanaşma ilə bizi möhtəşəm layihələr, maraqlı iş, uğur və çoxsaylı qələbələr gözləyir!